Cavuşoğlu: “Can Azərbaycan peşəkar yanğın-xilasetmə qrupu və texniki dəstək göndərib”

Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu Antalyadakı mətbuat konfransında çıxış edərkən Azərbaycanın yanğınlarla mübarizədə göstərdiyi dəstəyi önə çəkib:

“Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin təlimatı ilə 200 nəfərlik növbəti yanğın-xilasetmə qrupu Dalaman hava limanına eniş edəcək.

Dünən də Azərbaycandan Gürcüstan üzərindən quru yolla hərəkət edən 162 nəfərlik yanğın-xilasetmə qrupu və 40 yanğınsöndürmə texnikası Türkiyəyə çatıb. Meşə yanğınlarının söndürülməsi üçün can Azərbaycan əvvəldən də peşəkar yanğın-xilasetmə qrupu və texniki dəstək göndərib”, – deyə nazir bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button