Çavuşoğlu: “Türkiyənin daha çox HHM sisteminə ehtiyacı var”
Türkiyə əvvəlki kimi hava hücumundan müdafiə (HHM) sistemlərinin alınmasına ehtiyac duyur və sözügedən məsələdə dünyanın istənilən ölkəsi ilə əməkdaşlıq hüququnu özündə saxlayır.
TASS-ın məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Dohada Rusiya və Qətərdən olan həmkarları ilə danışıqların nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.
“Bizim daha çox HHM sisteminə ehtiyacımız var və Türkiyə müstəqil ölkə kimi bu sistemləri fərqli mənbələrdən almaq hüququnu özündə saxlayır. Ancaq heç kim bu məsələdə Türkiyəni tənqid etməməlidir”, – deyə M.Çavuşoğlu qeyd edib.