Çavuşoğlu və Lavrov Qafqazdakı vəziyyəti müzakirə edəcəklər
İyunun 30-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparmaq üçün Antalyaya səfər edəcək.
Bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata əsasən, tərəflər arasında bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Xüsusən də, danışıqlarda Qafqazdakı vəziyyətin də müzakirə olunacağı bildirilib.
Bununla yanaşı, ikitərəfli münasibətlərin müxtəlif sahələrinin, eləcə də regional problemlərin də danışıqların predmeti olacağı qeyd edilib.