Cenevrədə Ukrayna-ABŞ-Rusiya danışıqları ikinci günündə bağlı qapılar arxasında davam edir

Cenevrədə Ukrayna, ABŞ və Rusiya arasında danışıqların ikinci günü qapalı qapılar arxasında başlayıb.
Polise.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Görüş bağlı qapılar arxasında başlayıb”, – Rusiya agentliyinin mənbəsi bildirib.
Danışıqlar “InterContinental” otelində keçirilir. Fevralın 17-də Rusiya-ABŞ, Rusiya-Ukrayna və Rusiya-ABŞ-Ukrayna formatlarında ilk altı saatlıq məsləhətləşmə günü baş tutub.
Polise.az



