Cenevrədə Ukrayna danışıqları müxtəlif formatlarda keçirilib

Ukrayna ilə bağlı Cenevrədə keçirilən danışıqlar həm ikitərəfli, həm də üçtərəfli formatda baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə RT-yə danışan mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, görüşlər Rusiya-ABŞ, Rusiya-Ukrayna və Rusiya-ABŞ-Ukrayna formatlarında aparılıb.
Fevralın 17-də Cenevrədə Ukrayna üzrə üçtərəfli danışıqlar mərhələsi başa çatıb. Bildirilir ki, fevralın 18-i səhər saatlarında müzakirələr davam etdiriləcək.
Polise.az



