Çexiya prezidenti Odessaya səfər edib

Çexiya prezidenti Petr Pavel Odessaya səfər edib.

“Report” xəbər verir ki, bu barədə “CTK” agentliyi dövlət başçısının administrasiyasına istinadən məlumat yayıb.

Pavel Ukraynanın baş nazirinin müavini, yenidənqurma və regional inkişaf naziri Aleksiy Kuleba və Odessa, Xerson və Nikolayevin nümayəndələri ilə döyüş meydanındakı vəziyyəti, habelə ölkənin müharibədən sonrakı yenidən qurulmasının necə görünə biləcəyini və Çexiyanın hansı töhfə verə biləcəyini müzakirə edib.

Çexiya prezidentinin səfəri fonunda Ukrayna mətbuatının yazdığına görə, Rusiya tərəfi dronlardan istifadə etməklə Odessaya kütləvi hücuma keçib. “CTK” yazıb ki, prezident və onu müşayiət edənlər təhlükədən xilas olub.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button