Ceyhun Bayramov ATƏT-in iclasında çıxış edəcək

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Avstriyaya yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində Ceyhun Bayramovun ATƏT-in Baş katibi ilə görüşü, ATƏT-in Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət göstərən digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Hamısını Göstər

Related Articles

Back to top button