Ceyhun Bayramov: Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri qərəzlidir

“Avropa Parlamentinin Azərbaycanı hədəfləyən çoxsaylı qətnamələri ilə rastlaşmışıq. Münasibətlər barədə danışarkən müxtəlif təsisatların mövcud olduğunu qeyd etmək vacibdir”.

Polise.az  xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında

Nazir qeyd edib ki, 2025-ci ildə Avropanın bir sıra təsisatları maraqlı və xoşniyyətli addımlar atıb:

“Əgər onlar qarşılıqlı əməkdaşlıqda durğunluq yaradırsa, bizim edə biləcəyimiz bir şey yoxdur. Açıq maraq olduğu halda isə əməkdaşlığı davam etdirəcəyik. Azərbaycanla əməkdaşlıqda Avropa İttifaqının marağı var, lakin Avropa Parlamentinin fəaliyyəti əsassız hesab olunur. Onların yanaşmalarında qərəz aydın şəkildə sezilir”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button