Ceyhun Bayramov: Dünya ictimaiyyəti hansısa dövlətlərin maraqlarından ibarət deyil

Biz uzun illər ərzində ATƏT-dəki dövlətlərin ədalətli mövqeyini görmədik. Bundan əlavə, BMT Təhlükəsizlik Şurası və digər təsisatlar da eyni mövqedən çıxış etdilər. Lakin əsas məsələ odur ki, beynəlxalq prinsiplərin bərqərar olması əsasən böyük dövlətlərin fəaliyyəti ilə əlaqədardır.

Polise.az  xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə keçirdiyi birgə mətbuat konfransı zamanı səsləndirib.

O bildirib ki, dünya düzənində hazırda qeyri-müəyyənlik tendensiyası var. İstənilən halda, fundamental prinsiplərə hörmət edilməlidir. Dünya ictimaiyyəti hansısa dövlətlərin maraqlarından ibarət deyil.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button