Ceyhun Bayramov: “Ermənistandan konstruktiv yanaşma görmürük”

Ermənistan Azərbaycan ərazilərinə hərbçilər göndərməyə son qoymalıdır.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçokla birgə mətbuat konfransında deyib.

Nazir bildirib: “Biz üçtərəfli 10 noyabr bəyanatının bəzi maddələri üzrə hələ də Ermənistandan konstruktiv yanaşma görmürük. Bəyanata əsasən, Ermənistan Azərbaycan ərazilərindən bütün hərbi birəşmələrini çıxarmaq öhdəliyini götürüb. Ermənistan Azərbaycan ərazilərin hərbçilərin göndərilməsinə son qoymalıdır. Bu, regionda sülh və sabitliyin təmin olunmasına təhdidlər yaradır”.

Hamısını Göstər

Related Articles

Back to top button