Ceyhun Bayramov Hakan Fidanla İranın Naxçıvana hücumunu müzakirə etdi – YENİLƏNDİ

Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.
Bu barədə Teleqraf-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı, İran tərəfindən dünən Türkiyə istiqamətində raket hücumu, bu gün isə Azərbaycana edilən dron hücumu ilə bağlı qəti etiraz bildirilib. Bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.
Naxçıvana olan təyyarə reyslərinin təhlükəsizliyin təmin edilməsi məqsədilə, uçuşların müvəqqəti olaraq İğdır hava limanına təşkil olunacağı telefon danışığında qeyd olunub.
Telefon danışığı zamanı, nazirlər iki ölkə arasında strateji müttəfiqlikdən irəli gələn əlaqələndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar
***
16:50
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
Teleqraf xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı İranın Naxçıvana dron hücumu müzakirə edilib.
Polise.az



