Ceyhun Bayramov İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov noyabrın 10-da Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Polise.az -a bildiriblər ki, səfər çərçivəsində nazir İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Polise.az