Ceyhun Bayramov: İran dron hücumunu araşdırmağa ciddi şəkildə söz verdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mihai Popşoiu ötən gün İran tərəfindən Naxçıvana PUA ilə həyata keçirilən hücum barədə məlumatlandırıb.
Polise.az xəbər verir ki, nazir bu barədə Moldovanın xarici işlər naziri Mihai Popşoi ilə birgə Bakıda keçirilən mətbuat konfransında deyib.
“Dünən İran XİN rəhbəri ilə telefon danışığımız zamanı məsələni ciddi şəkildə müzakirə etdik. İran tərəfi məsələyə araşdırma aparmaq üçün ciddi şəkildə söz verdi və biz nəticələri gözləyirik. Azərbaycan bu barədə mövqeyi qəti və aydındır”,- o qeyd edib.
Polise.az



