Ceyhun Bayramov: İzobel Koulmanın açıqlamaları Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın açıqlamaları Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir.

“Polise.az” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak ilə görüşü zamanı deyib.

O vurğulayıb ki, ikitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərə baxmayaraq, bəzi ABŞ rəsmilərinin qərəzli fikirləri ikitərəfli münasibətlərə mənfi təsir edir:

“Bu xüsusda, sentyabrın 16-da Ermənistanın ABŞ-dəki səfirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın Azərbaycana qarşı açıqlamaları Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir, ölkəmizin suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıyır”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button