Ceyhun Bayramov Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri ilə görüşüb

Noyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşüb.

Xarici İşlər Nazirliyindən  Polise.az-a bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycanın Mərakeş ilə hazırkı dostluq və tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edərək, iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivlərinə toxunub və Mərakeş-Azərbaycan dostluq qrupunun və parlamentlərarası əlaqə qrupunun fəaliyyətinin intensivləşdirilməsinin önəmini vurğulayıb.

O, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu, qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin intensivləşməsinin iki ölkə arasında iqtisadi, humanitar, təhsil, turizm və digər sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəyini vurğulayıb.

Nazir, həmçinin müqabil tərəfi Ermənistanın 30 ilə yaxın müddətdə ölkəmizin ərazisinin işğalı, post-münaqişə dövrü, Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarda bərpa və yenidənqurma işləri, Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təsis edilməsi planları və bu istiqamətdə atılan praktiki addımlar barədə məlumatlandırıb.

Görüş zamanı, həmçinin tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının gücləndirilməsinin yeni perspektivli sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edəcəyini vurğulayıblar.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və regional mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button