Ceyhun Bayramov Maltaya GETDİ

Dekabrın 4-də xarici işlər naziri Ceyhun Bayramov Malta Respublikasının paytaxtı Valetta şəhərinə işgüzar səfərə yola düşüb.

Musavat.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button