Ceyhun Bayramov portuqaliyalı həmkarını Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Portuqaliyanın xarici ilər naziri Paulo Rangel ilə görüşüb.

“Polise.az” xəbər verir ki, bu barədə XİN-in rəsmi “X” hesabında paylaşım edilib.

Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin məsələləri, həmçinin iqtisadiyyat, investisiyalar, enerji təhlükəsizliyi, bərpa olunan enerji, nəqliyyat və rabitə sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Portuqaliyanın xarici işlər nazirinə Azərbaycanın regionda münaqişədən sonrakı reallıqlar, yenidənqurma və sülh təşəbbüsləri barədə məlumat verilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button