Ceyhun Bayramovun gürcü həmkarı ilə təkbətək görüşü keçirilir – YENİLƏNDİ

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun gürcü həmkarı Maka Boçorişvili ilə təkbətək görüşü keçirilir.
Polise.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda, Azərbaycan – Gürcüstan ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, regional məsələlər üzrə əməkdaşlığın, strateji əlaqələrin dərinləşdirilməsi imkanlarının təkbətək görüşdə müzakirə edildiyi qeyd olunub.
11:04
***
Gürcüstanda səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun gürcü həmkarı Maka Boçorişvili ilə geniş tərkibdə görüşü başlayıb.
Polise.az xəbər verir ki, gürcü nazir Azərbaycan XİN rəhbərini qarşılayıb.
08:45
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 22-də Gürcüstana rəsmi səfərə yola düşüb.
Polise.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Səfər çərçivəsində C.Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Polise.az



