Ceyn Viterspun: Prezident İlham Əliyevlə bir səhnədə olmaq həyəcanlı idi

“Azərbaycan Prezidenti İlham Əliyevlə bir səhnədə olmaq əsl həyəcan idi”.
Bunu “Euronews”un Yaxın Şərq bürosunun rəhbəri Ceyn Viterspun Teleqraf-ın Ağdama ezam olunmuş əməkdaşının sualına cavab olaraq bildirib.
O vurğulayıb ki, ölkə başçısı çox səmimi və açıq idi.
“Suallara çox dəqiq və açıq cavab verdi. Əslində biz təxminən iki saat danışdıq və bu vaxt necə keçdi, hiss etmədik. Üstəlik, özü təşəbbüs göstərərək söhbəti əlavə 30 dəqiqə də uzatdı. Bu isə onun açıq ünsiyyətə və xalqa cavab verməyə nə qədər hazır olduğunu göstərir”, – Ceyn Viterspun qeyd edib.
Polise.az



