Çin Hindistana hücum etdi? – 24 əsgər yaralandı

Hindistan və Çin sərhəd qoşunlarının hərbçiləri arasında Naku-La rayonunda toqquşma yaşanıb.

Bunu “Latesly” portalı öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, Çin ordusunun hərbçiləri Hindistan ərazisinə müdaxilə cəhdi ediblər, amma Hindistan hərbçiləri onları dayandırıblar.

Toqquşma nəticəsində 20 Çin hərbçisinin və 4 hindistanlı hərbçinin yaralandığı bildirilib.

Hazırda situasiyanın nəzarət altında olduğu vurğulanıb.

Hamısını Göstər

Related Articles

Back to top button