Çin ilk dəfə Hindistanla sərhəddəki gərginlik zamanı itkilərini açıqladı

2020-ci ilin iyununda Hindistanla sərhəddə baş vermiş gərginlik zamanı Çin ordusunun dörd hərbçisi ölüb, bir nəfər isə ağır yaralanıb.

Bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb.

Buna qədər Çin tərəfi itkiləri ilə bağlı heç bir açıqlama verməmişdi. Ölən hərbçilərdən birinə ölümündən sonra qəhrəman adı verilib. Digər üç hərbçiyə isə ölümündən sonra birinci dərəcəli dövlət mükafatları verilib.

Xatırladaq ki, Çin-Hindistan sərhədində gərginlik 2020-ci ilin mayından etibarən Panqonq gölü rayonunda yaranmış münaqişə ilə başlayıb.

Hamısını Göstər

Related Articles

Back to top button