“Çin köməyi kəssəydi, müharibə sabah bitərdi” – Trampın nümayəndəsi sensasion açıqlama verdi

Müharibənin taleyi Çindən asılıdır.

Musavat.com xəbər verir ki, ABŞ-ın keçmiş vitse-prezidenti, hazırda prezident Donald Trampın xüsusi nümayəndəsi olan Kit Kelloq Ukrayna müharibəsi ilə bağlı sərt açıqlama verib.

Onun sözlərinə görə, Rusiyanın hazırkı mövqeyini qorumasında ən böyük pay Pekinə məxsusdur:
“Çinin dəstəyi olmadan Rusiya bunu edə bilməzdi. Əlbəttə, Şimali Koreya da var, amma Rusiya güclü vəziyyətdə olsaydı, minlərlə koreyalı hərbçini gətirməyə ehtiyac duymazdı”, – deyə Kelloq bildirib.

Diplomatın fikrincə, Çin Moskvanı dəstəkləməkdən imtina etsə, müharibə ən qısa zamanda başa çata bilər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button