Çin: Koronadan istifadəni dayandırın!

Çin hakimiyyəti ABŞ və digər ölkələri ÜST-ün koronavirusun yaranması ilə bağlı araşdırmasını siyasiləşdirməməyə çağırır.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Bir müddətdir müşahidə edirik ki, ABŞ rəhbərliyindəki bir neçə dövlət pandemiya ilə bağlı araşdırmalara ləkə yaxır, damğalayır və siyasiləşdirməyə cəhd edir. Həmin ölkələri siyasi manipulyasiyanı dayandırmağa, elmi təhqiqata mane olmamağa səsləyirik. Onlara pandemiyanı məğlub etmək, insanların sağlamlığı və rifahının qorunmasına töhfə vermək üçün həqiqətən məsuliyyətli bir elmi yanaşmadan istifadə etməyi məsləhət görürük”, – deyə bildirilib.

Hamısını Göstər

Related Articles

Back to top button