Çin koronavirusun mənşəyinin araşdırılması üçün ÜST-ə rədd cavabı verdi
Çin koronavirusun mənşəyinin araşdırılması üzrə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təklifini yenidən rədd edib.
Bu barədə “Guardian” məlumat yayıb.
Məlumata əsasən, Çin tərəfi virusun mənşəyinin tapılması üzrə “siyasi araşdırmalarda” iştirak etməkdə maraqlı olmadığını bəyan edib.
Qeyd edək ki, bugünlərdə ÜST dünya ölkələrini COVID-in mənşəyinə dair versiyaları siyasiləşdirməməyə çağırıb.