Çin liderindən Azərbaycan açıqlaması: Dəstəkləyirik

“Çin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) maliyyə cəhətdən daha da inkişaf etdirilməsinə dəstək verəcək”.

Teleqraf xəbər verir ki, bunu Çin Sədri Si Cinpin sentyabrın 1-də ŞƏT-in Tiancin şəhərində keçirilən sammitində deyib.

“Təkcə bu il Çin ŞƏT-ə üzv olan ölkələrə 2 milyard yuan qrant verəcək. Növbəti üç il ərzində Çin ŞƏT-in Banklararası Assosiasiyasının üzvlərinə 10 milyard yuan yeni kreditlər verəcək”, – Çin lideri bildirib.

Si Cinpin Azərbaycan və Ermənistanın təşkilata mümkün üzvlüyünə toxunaraq qeyd edib:

“Çin Azərbaycan və Ermənistanın ŞƏT-ə daimi üzv kimi üzvlüyünü dəstəkləyir. Bu ölkələr hazırda Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusuna malikdir”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button