Çin liderinin Ukrayna ilə bağlı Putindən şok istəyi – İddia
Amerika mediasının Çin Prezidenti Si Szinpinin Rusiya lideri Vladimir Putindən Pekin Olimpiadası zamanı “Ukraynaya hücum etməmək” tələbi ilə bağlı yaydığı xəbər saxta və təxribatdır.
Bu barədə Çinin Moskvadakı səfirliyindən açıqlama verilib.
“Çin rəhbərinin Rusiya liderindən Olimpiada zamanı bayramı korlamamaq üçün Ukraynaya hücum etməməyi xahiş etdiyini yazan “Blumberq”in məlumatı saxta və təxribatdır”, – açıqlamada vurğulanıb.
Qeyd edək ki, sözügedən iddia ilə əlaqədar Rusiya XİN şərhində xəbərin ABŞ-ın “xüsusi informasiya əməliyyatı” olduğunu bəyan edib.