Çin metan və maye oksigenlə işləyən üçüncü raketini buraxıb

Dünyanın ilk oksigen-metan mühərriki ilə işləyən Çinin “Zhuque 2 Y-3” raketi üç peyki uğurla orbitə çıxarıb.

Polise.az  xəbər verir ki, bu barədə özəl inkişaf şirkəti “LandSpace” saytında məlumat yayıb.

Kosmosa buraxılış Bakı vaxtı ilə saat 03:39-da Ciuquan kosmodromundan baş tutub. Raket orbitə üç peyk çıxarıb – “HongHu”, “TianYi-33” və “HongHu-2”.

Bu buraxılış maye oksigen və metan qarışığı üzərində işləyən “Zhuque 2” raketi üçün üçüncü idi. Tərtibatçılar onun orbitə dörd tona qədər müxtəlif yük çıxara biləcəyini qeyd edirlər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button