Çin Qərbin sanksiyalarından qaçmaq üçün Rusiya ilə tərəfdaşlıqdan imtina edəcəkmi? – “Forbes”-in şərhi

Rusiya və Çin arasında əməkdaşlığın dərinləşməsi Qərbi ciddi narahat edir. Moskva Pekində ona qarşı tətbiq olunan sanksiyaların öhdəsindən gəlməyə kömək edəcək həyat xətti görür. ABŞ artıq Çinə narahatçılığı barədə xəbərdar edib və Qərbin tərəfini tutmayacağı təqdirdə “cəzalanacağı” ilə hədələyib.

Xatırladaq ki, fevralın 4-də Qış Olimpiya Oyunlarının açılışından sonra Putin və Si Rusiya və Çin arasında güclü və dərin əlaqələr və strateji əməkdaşlıq qurduqlarını bir daha təsdiqləyiblər. Rusiya Ukraynada xüsusi əməliyyatlara başlayanda bütün dünyanı bir sual düşündürdü: Çin kimin yanında dayanacaq? Qərbin sanksiyaları Rusiya iqtisadiyyatının ürəyinə ağrılı zərbələr vuranda bu suala aydınlıq gəldi. Çin hakimiyyəti Rusiya iqtisadiyyatını dağılmaqdan xilas etməkdə Vladimir Putinə ən yaxın və etibarlı köməkçi olduğunu göstərdi.

Bazar ertəsi, martın 14-də Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Romada ÇKP Siyasi Bürosunun üzvü Yang Jiechi ilə yeddi saatlıq görüş keçirdi. Həmin görüşdə Çin nümayəndələrinə onların mövqelərinin və Rusiyaya dəstək dərəcəsinin nə olduğunu öyrənmək üçün təzyiq göstərməyə çalışdı. Sullivan deyib: “Biz Çin və Rusiya arasında mövcud yaxınlaşmadan çox narahatıq”. Bundan əlavə, Milli Təhlükəsizlik müşaviri bu narahatlıqları, eləcə də ÇXR-in müəyyən hərəkətlərinin potensial nəticələrini ətraflı şəkildə izah edib.

Çoxları hesab edir ki, ABŞ artıq Şençjendə bir sıra firmaları hədəf alan müxtəlif Çin şirkətləri və bizneslərinə qarşı sanksiyalar tətbiq edə bilər. ABŞ-ın Ticarət naziri Gina Raimondo martın 8-də bildirib ki, ABŞ-ın Rusiyaya ixrac qadağalarına əməl etməyən Çin şirkətləri məhsul istehsalı üçün lazım olan ABŞ avadanlıqları və proqram təminatının tədarükündən məhrum olacaqlar. Vəziyyəti Honq-Konqda listinqdə olan Çin səhmlərinin qlobal maliyyə böhranından sonra ən pis günündə 11% ucuzlaşması faktı daha da ağırlaşdırdı. Bu, Pekinin Moskva ilə yaxın əlaqələri və artan tənzimləmə riskləri ilə bağlı narahatlıqlar fonunda baş verdi. Çaxnaşmaya ABŞ rəsmilərinə istinadən Rusiyanın hərbi yardım üçün Çinə müraciət etməsi ilə bağlı xəbərlər də səbəb olub. Çin və Rusiya rəsmiləri bu xəbərləri təkzib ediblər.

Bununla belə, treyderlər narahatdırlar ki, Pekinin Vladimir Putinlə yaxın münasibəti Çin firmalarına qarşı qlobal reaksiya və hətta sanksiyalara səbəb ola bilər. Bu iddialar əsas texnologiya mərkəzi olan cənubdakı Şençjen şəhərində və şimaldakı Jilin əyalətində COVID-19 kilidinin tətbiqi ilə üst-üstə düşdü. Bu da bazarların ucuzlaşmasına səbəb olub.

Hamısını Göstər

Related Articles

Back to top button