Çin Yaponiyanın təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib

Yaponiya Silahlı Qüvvələri vaxtaşırı olaraq Çinin təhlükəsizliyinə təhdid yaradan hərəkətlər edir.

AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi Tokionun Çinə qarşı məsuliyyətsiz ittihamlar səsləndirməklə faktları təhrif etməyə cəhd etdiyini bildirib.

Nazirliyin bəyanatında deyilir: “Faktlar tamamilə aydındır: Yaponiyanın tez-tez həyata keçirdiyi kəşfiyyat uçuşları və Çinin müntəzəm hərbi fəaliyyət göstərdiyi ərazilərə yaxınlaşan qırıcı təyyarələrinin müdaxiləsi dəniz və hava təhlükəsizliyi üçün ən böyük təhlükədir”.

Çin tərəfi Tokionun qəsdən faktları təhrif etdiyini və yapon qırıcılarının “radar hədəfinə alınması” ilə bağlı son insidentə görə günahı Pekinin üzərinə atmağa çalışdığını vurğulayır. Qeyd olunur ki, Yaponiya bununla beynəlxalq ictimaiyyəti çaşdırır və vəziyyəti daha da gərginləşdirir.

“Bütün bunlar gizli niyyətlərdən irəli gəlir. Çin buna kəskin etiraz edir. Biz Yaponiyadan Çin tərəfindən planlaşdırılan təlimlərə mane olan təhlükəli fəaliyyətlərini dərhal dayandırmasını, məsuliyyətsiz, yalançı təbliğata və siyasi manipulyasiyalara son qoymasını tələb edirik”, – bəyanatda vurğulanır.

Nazirlik əlavə edir ki, Pekin Tokionun bu məsələ ilə bağlı etirazlarını qəbul etmir və Yaponiyaya əks-etiraz təqdim edib.

Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi daha əvvəl bildirmişdi ki, Çinin J-15 qırıcı təyyarələri “Liaoning” təyyarədaşıyan gəmisindən havaya qalxaraq iki dəfə Okinavanın cənub-şərqində Yaponiyanın F-15 qırıcılarını hədəfə alıb.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button