Cinayət hadisələri üzrə zərərçəkmiş qadınların sayı açıqlandı

“Ötən il qeydə alınmış cinayət hadisələri üzrə 22325 zərərçəkmiş şəxsin 7130-u qadın olub”.
Teleqraf xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.
Qeyd olunub ki, zərərçəkmiş qadınlardan 3059-u xəsarət alıb, 268-i isə ölüb.
Müqayisə üçün bildirilir ki, 2023-cü ildə 24287 zərərçəkmiş şəxsin 7134-ü qadın olub.
Zərərçəkmiş qadınlardan 2996-sı xəsarət alıb, 296-sı ölüb.
2024-cü il ərzində məişət zorakılığı ilə bağlı baş vermiş cinayət hadisələri üzrə 1471 (2023-cü ildə -1513) zərərçəkmiş şəxsdən 1228-i (2023-cü ildə – 1224) qadın olub, onlardan 1196-1 (2023-cü ildə 1173) xəsarət alıb.
2024-cü ildə 22485 cinayət törətmiş şəxs müəyyən edilib ki, onlardan 1235-i qadındır.
İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.
Polise.az