Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Noyabrın 28-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Polise.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Axtarışda olduğuna görə ümumilikdə 112, o cümlədən borclu şəxs qismində axtarışda olan 96 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 32 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.
Polise.az