Cinayətkarlığa qarşı mübarizə mövzusunda tədbir keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “XXI Əsrin Qadınları” İctimai Birliyinin təşkilatçılığı ilə “Cinayətkarlığa qarşı mübarizə” adlı növbəti maarifləndirici tədbir keçirilib.

Polise.az. xəbər verir ki, Xırdalan şəhərində baş tutan budəfəki görüşdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov, Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Bəşirov, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri, layihə rəhbəri Mahirə Əmirhüseynova məruzələrlə çıxış ediblər.

Müxtəlif sosial kateqoriyadan olan insanların dəvət edildiyi tədbirdə çıxışçılar insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası haqda danışıblar. Onlar insanların istismar edilməsinin forma və üsulları, insan alverinin profilaktikası, buna qarşı mübarizənin hüquqi və təşkilati əsasları haqda məruzə ediblər, habelə insan alveri qurbanlarının hüquqi vəziyyəti, qurbanların müdafiəsi və onlara yardım göstərilməsinin mümkün yolları barədə təlimatlar veriblər. İnsan alverinin doğurduğu təhlükələr və bu cinayətlərdən qorunmaq barədə diskussiya aparılıb.

Tədbir daha sonra söhbət-disput şəklində davam edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button