Çində hotel binası çökdü: Ölən və yaralananlar var

Çində turistlər arasında məşhur olan Suçjou şəhərində hotel binasının bir hissəsi çöküb.

Bu barədə Sina informasiya mənbəyi məlumat verir.

Bildirilir ki, xilasedicilər dağılmış otelin dağıntıları altından səkkiz nəfəri çıxarıb, onlardan biri aldığı xəsarətlərdən ölüb.

Hazırda təxminən 10 nəfər itkin düşüb. Qurtarılan şəxslərdən üçünün vəziyyəti ağırdır.

Fövqəladə hadisənin səbəbləri hələ açıqlanmayıb. Xilasetmə əməliyyatı davam edir.

Hamısını Göstər

Related Articles

Back to top button