Çindən ABŞ-yə çağırış: “Ayrı-seçkiliyi dərhal dayandırın”

Çin ABŞ administrasiyasını Pekinə qarşı ayrı-seçkilik siyasətini dərhal dayandırmağa və Cenevrədə əldə olunmuş ticarət razılaşmalarını birlikdə müdafiə etməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Çinin ABŞ-dəki səfirliyinin mətbuat katibi Liu Penqyu mətbuata bildirib.
Liu Penqyu deyib ki, Çin Vaşinqtonun yarımkeçiricilər və digər sahələrdə ixrac nəzarətindən sui-istifadə etməsindən narahatdır. O, ABŞ Prezidenti Donald Trampın Çinlə ticarət razılaşmalarının pozulması ilə bağlı açıqlamasını şərh edərək, Pekinin Vaşinqtonu öz səhvlərini düzəltməyə çağırdığını vurğulayıb.
Sözçü əlavə edib ki, Çin və ABŞ nümayəndələri İsveçrədəki danışıqlardan sonra ticarət məsələləri ilə bağlı əlaqələri davam etdirirlər.
Qeyd edək ki, Tramp bir qədər əvvəl sosial şəbəkədə Pekinin ticarət sazişlərini pozduğunu iddia etmişdi.
Polise.az