Çinli hakerlər iş başında: 150 amerikalı siyasətçi izlənilir
ABŞ hakimiyyət orqanları hesab edir ki, çinli hakerlər Amerika telekommunikasiya şirkətlərinin şəbəkələrini sındıra bilib və Vaşinqtonda 150-ə yaxın siyasətçinin zənglərini izləyə biliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “CNN” mənbəyə istinadən məlumat yayıb.
Mənbə qeyd edir ki, mobil operatorların nümayəndələri Amerika administrasiyasının milli təhlükəsizlik məsələlərinə cavabdeh olan üzvləri ilə görüşüblər.
ABŞ Senatının Kəşfiyyat üzrə Seçilmiş Komitəsinin sədri, Virciniyadan olan demokrat Mark Uorner bildirib ki, hücum Amerika tarixində “ən ciddi hakerlik” olub.
Polise.az