Colani İsraili müharibə ilə hədələdi

“Əgər İsrail ərazilərimizdəki qüvvələrini geri çəkməsə, biz bununla bağlı cavab tədbiri görəcəyik”.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriyada hakimiyyətə gələn müxalif “Heyət Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əbu Məhəmməd Colani deyib.
Qeyd edək ki, dekabrın 8-də Əsəd rejiminin devrilmsindən sonra İsrail ordu bölmələri Colan təpələri istiqamətində bufer-zonaya daxil olub.
İsrail ordusu həmçinin Suriyanın cənubundakı hərbi bazalara çoxsaylı zərbələr endirib.
Polise.az