Con Kirbi: Rusiya rəsmiləri çox yaxşı peyin satıcılarına bənzəyirlər
ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiya İstintaq Komitəsinin Moskvadakı terroru törədən şəxslərin Ukraynadan maliyyələşməsi barədə açıqlamasını özünəməxsus şəkildə şərh edib.
O, bir daha vurğulayıb ki, ABŞ Rusiya kəşfiyyat xidmətlərini ekstremistlərin Moskvada gözlənilən hücumu ilə bağlı xəbərdar edib.
Kirbinin sözlərinə görə, terror aktına görə məsuliyyəti İŞİD daşıyır və Rusiya hakimiyyətinin Ukraynanın bu hadisədə iştirakı ilə bağlı iddiaları “cəfəngiyyatdır”: “Əmim deyirdi ki, ən yaxşı peyin satanlar tez-tez nümunələri ağızlarında daşıyırlar. Rusiya rəsmiləri çox yaxşı peyin satıcıları kimi görünür”.
Polise.az