Covid-19-dan sonrakı dünya
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və təşəbbüsü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “Covid-19- dan sonrakı dünya” mövzusunda sayca 8’ci olan növbəti Qlobal Bakı Forumu keçirilmişdir. Forum noyabrın 6-a qədər davam edəcək.
Forumda 40-dan çox ölkənin ali və yüksək çinli nümayəndələri,sabiq dövlət və hökumət başçıları,QHT-lər iştirak edirlər.Hibrid formatında təşkil olunan beynəlxalq tədbirdə 300-ə yaxın nüfuzlu qonaq onlayn qaydasında iştirak edir.Mühüm rezonansa səbəb olan beynəlxalq forumda”Yeni dünya iqtisadiyyatı”,” Yeni dövrdə sülh”,”Təhlükəsizlik və insan hüquqları”,” İqlim dəyikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması”,”Səhiyyə və insanların peyvənd məsələsi”,” Qida və qida təhlükəsizliyinin təşviqi”,” Covid-19- dan sonra yaranan yeni dünya nizamı” na dair məsələlər müzakirə edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumdakı çıxışı maraqla dinlənilib.
İlham Əliyevin diqqət çəkən və görk olacaq çıxışında institusional məna kəsb edəcək tezislər yüksək çinli qonaqlar arasında xoş təəssürat yaradıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qısa zaman kəsiyində intellektual bir dairəni və vətəndaş cəmiyyətini ətrafına cəlb etməsi məmnunluqla qarşılanıb,dahi şairə hörmət əlaməti olaraq 2021-ci ili Nizami ilinin elan edilməsi forum iştirakçılarını məmnun edib.Digər ölkələrdən fərqli olaraq Azərbaycan əhalisinin 60% -nin iki dəfə peyvəndlə təmin edilməsi, tibbi infrastrukturun dövlətin məqsədinə uyğunlaşdırılması,13 yeni xəstəxananın açılması,pandemiya vəziyyətinin ciddi nəzarətə götürülməsi,covidə yoluxanların 4 min əlavə çarpayı ilə təmini, pandemiyadan əziyyət çəkən vətəndaşların ehtiyaclarının ödənilməsi Azərbaycan dövlətinin Ali Məqsədi- Konstitusion müddəanın canlı təzahürü kimi iştirakçılara çatdırılıb.Qeyd olunanlar dövlətin peyvəndləmə siyasətinin uğurla aparılmasının, əhalinin bu işə məsuliyyətlə yanaşmasının,bu vacib məsələnin- vətəndaş borcu kimi anlamasının bariz nümunəsi olub.Ölkə Prezidenti cənab İlham Əliyevin Türkdilli ölkələrin və Qoşulmama hərəkatının sədri kimi BMT- nin Baş Assambleyasının covid’ 19-la bağlı xüsusi bir sessiyasının keçirilməsi təklifi də dünya düzənində peyvəndlərin bərabər bölünməsinə xidmət etdiyindən məmnunluqla qarşılanıb.Dövlət Başçısının belə uzaqgörən diplomatiyası və xarici siyasəti Azərbaycana ucalıq bəxş edib.Məqsəd bərabər imkanlarla,bərabər çalışmaq və ümumi bəlanın qarşısını birgə almaqdan ibarət olub.Azərbaycan Beynəlxalq humanitar hüququn hamılıqla tanınan prinsiplərinə vicdanla yanaşaraq covıddən əziyyət çəkən bir sıra ölkələrə heç bir ödəniş tələb etmədən peyvənd məhlulları göndərmişdir.
Dövlət Başçısı Forumda Ermənistan Azərbaycan münaqişəsinin artıq həll olunmasını da bir daha beynəlxalq aləmin diqqətinə çatdırıb.27 il ərzində TŞ-nın 4 qətnaməsinin icraya yönəlməməsi,münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun təhlükəsizliyin təmin olunması missiyasına müstəsna hörmətsizliklə yanaşması qarşı tərəfi-Ermənistanı Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsinə şərait yaratmış, Ermənistan parlamentinin Xankəndindən Şuşaya keçirilməsinə cəhd etməsi,habelə”həyasızlıqla ifadə edilən “Qarabağ Ermənistandır.” deməsi,Ermənistanın ötən ilin payızında Azərbaycanın iri şəhərlərinin bombalaması, münaqişənin dondurması və “status kvo”nu saxlamaq istəyi…
Azərbaycanı süverenlik hüququnun və ərazi bütövlüyünün bərpasına vadar etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forumda qeyd etdiyi kimi,artıq postmünaqişə dövrünü yaşayırıq.Sərhədlərin demarkasiyası və delimitasiyasına, sülhə ciddi zərurət yaransa da Ermənistan tərəfi bu təkliflərdən boyun qaçırır.Azərbaycanın konstruktiv mövqeyinə əhəmiyyət vermir.
Cənub Qaz dəhlizi- nəhəng bir layihə artıq reallaşmış, bu ilin yanvar ayından oktyabrın sonuna qədər 14 milyard kub metr Azərbaycan qazı Türkiyə,Gürcüstan, Yunanıstan,İtaliya və Bolqarıstan ölkələrinə nəql ediləcək.
Beləliklə Azərbaycan dünya dövlətlərini qane edəcək çox geniş strateji layihələrə imza atır, beynəlxalq aləmdə sülhün təhlükəsizliyini təmin edəcək layiqli və etibarlı ölkə kimi Azərbaycanın artan nüfuzuna dəyər qatır. Hamıya bəlli belə bir situasiyada Ermənistan siyası personalarının öz xalqının rifahına təsir edəcək təkliflərdən imtina etməsi Azərbaycanın RENESANS- islahatlarının təcəlla etdiyi dövrünə mane ola bilməyəcək. Çünki Azərbaycan xarici siyasətində xalqın iradəsini əsas tutaraq, hamılıqla tanınan beynəlxalq normalara,haqqa və ədalətə istinad edərək diplomatik missiyasını həyata keçirir.
Düşünürəm ki,hər bir Azərbaycan vətəndaşı,vətəndaş cəmiyyətinin hər bir üzvü Forumda müzakirə olunan məsələləri Azərbaycan dövlətinin daxili və xarici siyasətinin uğuru kimi qəbul edəcək və bu müddəalara gələcək fəaliyyətində önəm verəcəkdir.
Şəmsəddin Əliyev



