Cozep Borrell: Avropa potensial müharibəyə hazırlaşmalıdır
Avropada müharibənin başlaması artıq fantaziya deyil.
Polise.az “Financial Times”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell deyib.
O bildirib ki, Avropa potensial müharibəyə hazırlaşmalıdır: “Müharibə artıq ətrafımızdadır. Bu, danılmazdır”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələ ki Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir.
ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb. V.Zelenski daha əvvəl qeyd edib ki, atəşkəs həm Ukrayna, həm də Şərqi Avropa üçün ciddi təhlükə yaradacaq. NATO hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer bundan əvvəl Rusiya ilə müharibəyə hazır olduqlarını söyləyib. Kreml sözçüsü Dmitri Peskov daha əvvəl Rusiyanın de-fakto müharibə şəraitində olduğunu bildirib. V.Zelenski daha əvvəl Rusiyanın əks-hücum əməliyyatlarına hazırlanacağı barədə xəbərdarlıq edib. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak daha əvvəl bildirib ki, müharibənin yalnız hərbi yolla həlli var. Daha əvvəl Ukrayna xarici işlər naziri Dmitro Kuleba müharibənin Avropa ərazisinə keçə biləcəyi barədə xəbərdarlıq edib.
Polise.az