“Dəbilqəsiz yola çıxma – həyat ən böyük qələbədir” maarifləndirmə kampaniyasına start verildi

Gənclər və İdman Nazirliyi (GİN) ilə Daxili İşlər Nazirliyi (DİN) yol təhlükəsizliyinə həsr olunan “Dəbilqəsiz yola çıxma – həyat ən böyük qələbədir” birgə maarifləndirmə kampaniyasına başlayıb.

Polise.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Kampaniyada əsas çağırış skuter, velosiped və motosiklet istifadəçilərinə ünvanlanıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dəbilqədən düzgün istifadə kəllə-beyin zədəsi riskini 74%, ağır baş xəsarəti riskini isə 60% azaldır. Təşəbbüsün məqsədi dəbilqə istifadəsini hər bir sürücü üçün gündəlik qaydaya çevirmək və onun təhlükəsizlikdəki rolunu vurğulamaqdır.

Kampaniyaya qoşulan Azərbaycan idmanının tanınmış simaları öz mesajları ilə idmanda olduğu kimi, yolda da diqqət, intizam və düzgün qərarın həyati əhəmiyyət daşıdığını xatırladırlar.

Qeyd edək ki, təşəbbüs BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisinin mandatı çərçivəsində həyata keçirilən qlobal yol hərəkəti təhlükəsizliyinə həsr olunan “Make A Safety Statement” kampaniyasından ilham alınaraq hazırlanıb.

Medial
Medial
Medial
Medial
Medial
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button