Dəhlizlə bağlı əsas maneələr açıqlandı

“Fikrimcə, əsas maneələrdən biri, hələ də baryerlər yaradan səbəblərdən biri tarif siyasəti ilə bağlı məsələlərdə tam uzlaşmanın olmamasıdır. Yəni malların tranzit keçidi, nəqliyyat infrastrukturunun istismarı ilə birbaşa bağlı olan milli qanunvericilikdəki fərqlər. Buna görə də nəqliyyat və gömrük sahəsində qanunvericilik bazasının qarşılıqlı harmoniya son dərəcə vacibdir”.

Polise.az  xəbər verir ki, bu barədə Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprays Orta Dəhliz və ya Transxəzər marştutu ilə bağlı problemlərdən danışarkən bildirib.

“Yenə də infrastrukturdan danışırıqsa, əlbəttə, beton, asfalt, relslər üçün polad – bunların hamısı çox önəmlidir. Amma bunlar həmişə həlledici olmur. Mükəmməl bir avtomagistral tikə bilərsiniz, amma o, elə bir gömrük və ya sərhəd-keçid məntəqəsində dirənə bilər ki, orada sərhədçilər çox da səmərəli fəaliyyət göstərmirlər. Bu halda problemlər var. Sərhəd və gömrük xidmətlərinin işinin qarşılıqlı şəkildə uzlaşdırılması, prosedurların sadələşdirilməsi, yükün qeydiyyatı, deklarasiya, gömrük bəyannamələrinin elektron sistemlər vasitəsilə həyata keçirilməsi çox vacibdir. Elə bir vəziyyətə nail olmaq lazımdır ki, sərhədlər olsa belə, yük artıq fiziki nəqliyyat şəbəkəsinin buraxılış qabiliyyətindən başqa heç bir maneə ilə üzləşmədən irəliləyə bilsin. Bu, əsas məsələlərdən biridir. Əlbəttə, paralel olaraq nəqliyyat infrastrukturunun modernləşdirilməsi də zəruridir”, – o qeyd edib.

Stiprays əlavə edib ki, məsələlərdən biri də Xəzər dənizi keçidi ilə bağlıdır:

“Bura nəqliyyat qovşağının mövcud gücünün kifayət etməməsi, əlçatan gəmilərin çatışmazlığı və hazırkı bərə keçidinin həmin dəhlizin müntəzəm işləməsini tam təmin edə bilməməsi daxildir. Amma məsələlərin həllində nikbinik”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button