Qandonduran olay: Bakıda öz qızını zorlayan ata həbs olundu
Bakıda ata qızına təcavüz edib.
Demokrat.az-a istinadən xəbər verilir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
Bakı şəhər sakini Ceyhun Cümşüdov öz doğma azyaşlı qızına zor tətbiq edib, onunla cinsi əlaqədə olub.
Ceyhun Cümşüdov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.
İstintaq orqanı tərəfindən Ceyhun Cümşüdovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.
Ceyhun Cümşüdovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Əhməd Quliyevin icratına verilib.
Yaxın günlərdə bu cinayət işi üzrə qapalı məhkəmə başlanacaq.