Dənizdə iki həftə ac və susuz qalan 47 nəfər həlak oldu

BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatı ortaq bəyanatla çıxış edib.

Sənəddə Atlantik okeanda gəmidə iki həftə ərzində ac və susuz qalan 47 nəfərin həlak olduğu bildirilib.

Gəminin avqustun 3-də Kanar adaları istiqamətinə hərəkət etmək məqsədilə Şimali Afrika sahillərindən ayrıldığı, lakin nasazlıq səbəbindən okeanın ortasında qaldığı qeyd edilib.

Gəminin Mavritaniya sahil mühafizəsi tərəfindən tapıldığı, içərisindəki 54 nəfərdən yalnız 7-sinin sağ qaldığı vurğulanıb.

Hamısını Göstər

Related Articles

Back to top button