Dağıstanda əməliyyat keçirilib, “Crocus City Hall”a hücumun təşkilində əli olduğu ehtimal edilən döyüşçülər tutulub

Rusiya Milli Antiterror Komitəsi Dağıstanda əməliyyat keçirib.

Polise.az  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində bir qrup əcnəbi döyüşçü saxlanılıb.

Onların “Crocus City Hall”a hücum edən terrorçuları pulla təmin etdikləri bildirilib.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı baş verib. Silahlı şəxslər konsert zalının binasına soxulub, atəş açıb və məkanı yandırıblar, sonra isə hadisə yerindən qaçıblar.

Son məlumata görə, ölənlərin sayı azı 144 nəfərdir, 551 nəfər yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya “hesaba qatılmamış” sayılır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button