Dağıstanda kilsə və sinaqoqa hücum edən terrorçuların arasında rayon rəhbərinin oğulları da olub

Dərbənddə kilsə və sinaqoqa, eləcə də Mahaçqalada yol polisi postuna hücum edən terrorçuların arasında Dağıstanın Serqokalinsk rayonun başçısı Maqomed Ömərovun iki oğlu – Osman və Adil Ömərov da olub.

“Report” xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı yazıb.

Qeyd olunub ki, onların hər ikisi əməliyyat zamanı zərərsizləşdirilib. Hüquq-mühafizə orqanlarındakı mənbə də bu məlumatı “Kommersant”a təsdiqləyib.

Artıq Serqokalinsk rayonunun rəhbəri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. “M. Ömərovun yaşadığı evdə axtarışlar aparılır, özü də polisdədir və ifadə verir”, – məlumatda deyilir.

Öz növbəsində “TASS” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, Mahaçqala və Dərbəndə hücum edənlər beynəlxalq terror təşkilatının tərəfdarlarıdır və xarici silahlardan istifadə ediblər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button