Daha bir yüksəklik Ordumuzun nəzarətinə keçdi
Qafan ilə Azərbaycan sərhədində yerləşən Ağdağ yüksəkliyi Ordumuzun nəzarətinə keçib.
Bu barədə hərbi ekspert Ədalət Verdiyev özünün Feysbuk səhifəsində məlumat yayıb.
Ekspertin sözlərinə görə, bu, sərhədlərin delimitasiya və demarkasiyası prosesi sayəsində mümkün olub.



