Danimarka Kraliçası Kopenhagendə sonuncu ənənəvi turunu edib
Danimarka Kraliçası II Marqrete yanvarın 14-də taxtdan imtina etməzdən əvvəl regent olaraq Kopenhagendə son turunu edib.
Polise.az-ın verdiyi məlumata görə, səyahət Amalienborqdakı kral iqamətgahından illik Yeni il qəbulunun keçirildiyi Kristiansborq Sarayına qədər baş tutub.
Orada II Marqrete Danimarka Silahlı Qüvvələrinin, hökumət və təşkilatların nümayəndələri də daxil olmaqla, min qonaqla görüşüb.
Qeyd edək ki, Danimarka Kraliçası II Marqrete 52 illik hakimiyyətdən sonra 2024-cü il yanvarın 14-də taxtdan imtina edəcək. Onun hazırda 83 yaşı var. O, 1972-ci il yanvarın 15-də taxta çıxıb. Danimarka Kraliçası SSRİ-yə səfər edən ilk Avropa monarxı olub.
Bundan əvvə Danimarka Kraliçası şahzadə İoahimdən olan dörd nəvəsini Kral titullarından məhrum edib.
Polise.az