Danimarka Trampın Qrenlandiya açıqlamalarına reaksiya verdi-“2026-cı ildə yaşayırıq”

Musavat.com xəbər verir ki, Danimarkanın xarici işlər naziri Lars Lekke Rasmussen ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı son bəyanatlarına münasibət bildirib.

Nazir Trampın Davosda ABŞ-ın Qrenlandiyanı ələ keçirmək üçün hərbi gücdən istifadə etməyəcəyini deməsini müsbət addım kimi qiymətləndirsə də, bunun mövcud problemi aradan qaldırmadığını qeyd edib. Rasmussenin sözlərinə görə, Trampın ambisiyaları dəyişməz qalır və o, Danimarkanın Qrenlandiyaya lazımi səviyyədə nəzarət edə bilmədiyini iddia etməyə davam edir. Bu isə məsələnin hələ də gündəmdə qalmasına səbəb olur.

Danimarka XİN rəhbəri vurğulayıb ki, Kopenhagen Qrenlandiyanın ABŞ-a verilməsi ilə bağlı heç bir danışıqlara getmək niyyətində deyil.

Rasmussen bu mövqeni belə əsaslandırıb: “Biz 2026-cı ildə yaşayırıq. ABŞ-ın İkinci Dünya müharibəsindən sonra qurulmasında mühüm rol oynadığı beynəlxalq nizamın üzərində dayanırıq. Danışıqları da məhz bu prinsiplər əsasında aparacağıq və bu mövqedən bir addım belə geri çəkilməyəcəyik”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button