Danışıqlar dayandırıldı, qırıcılar havaya qalxdı – Rusiyaya qarşı əks-həmlə
ABŞ hərbçiləri Polşaya hərbi təlimlərə hazırlıq məqsədilə göndərilib.
Bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi deyib.
O, Polşa vasitəsi ilə Ukraynanın şərqindəki və Krım bölgəsindəki münaqişələrə müdaxilə etmək iddiasını təkzib edib:
“Bu, Ukrayna ilə sərhəddə və ya Krımda baş verən hadisələrə xüsusi reaksiya deyil. Bunlar olduqca adi təlimlərdir. Bunu həmişə edirik”.
Müdafiə Nazirliyinin sözçüsü bu cür təlimlərin ABŞ-ın Avropadakı hərbi varlığının bir hissəsi olduğunu vurğulayıb.
Polşa Müdafiə Nazirliyi bundan əvvəl bir neçə ABŞ təyyarəsinin ölkəyə gəldiyini açıqlayıb.
Mart ayının sonundan bəri Ukraynanın işğal edilmiş Donbas bölgəsindəki vəziyyətin kəskin pisləşməsi müşahidə olunur. Tərəflər – Rusiya və Ukrayna atəş rejiminin pozulması hallarının artdığını və hərbi texnikaların təmas xəttində toplandığını bildirirlər. Ukrayna Rusiyanı bölgədəki hərbi qüvvələrinin sayını artırmaqda ittiham edir. Donbasla bağlı üçtərəfli təmas qrup çərçivəsində danışıqlar da dayandırılıb.