Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəni davam etdirəcək-KİV

Danışıqlar prosesində heç bir irəliləyiş olmasa, ABŞ administrasiyası yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp şənbə günü Ağ Evdə Hörmüz boğazındakı son durumu müzakirə etmək üçün görüş keçirib. ABŞ-nin yüksək vəzifəli rəsmisi portala bildirib ki, Vaşinqton və Tehran arasında danışıqlarda irəliləyiş olmasa, yaxın günlərdə müharibə yenidən başlaya bilər.
Polise.az



